Bank Of Baku

Azərbaycan və Litva xarici işlər nazirlikləri arasında məsləhətləşmələr keçirilib

Azərbaycan və Litva xarici işlər nazirlikləri arasında məsləhətləşmələr keçirilib
# 04 aprel 2008 13:12 (UTC +04:00)
Bakı. Laçın Sultanova APA. Aprelin 3-də Azərbaycan və Litva xarici işlər nazirlikləri arasında xarici siyasətin planlaşdırılması üzrə məsləhətləşmələr keçirilib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə XİN-in Xarici siyasətin planlaşdırılması və strateji araşdırmalar idarəsinin rəisi Tofiq Musayev, Litva nümayəndə heyətinə isə XİN-in Siyasətin planlaşdırılması idarəsinin rəisi Mindauqas Butkus başçılıq ediblər. Görüş zamanı qarşılıqlı maraq kəsb edən beynəlxalq əhəmiyyətli məsələlər müzakirə edilib, regional və qlobal xarakterli mövzular barəsində fikir mübadiləsi aparılıb və iki ölkə XİN-lərinin planlaşdırma idarələri arasında dialoqun davam etdirilməsinin zəruriliyi vurğulanıb. Elə həmin gün litvalı diplomatlar Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovla görüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR