Bank Of Baku

AB Məhkəməsi PKK-nın terror təşkilatı olub-olmadığı barədə deyil, onun terror təşkilatları siyahısına salınması qərarının AB hüququna uyğunluğu haqda fikrini bildirib

AB Məhkəməsi PKK-nın terror təşkilatı olub-olmadığı barədə deyil, onun terror təşkilatları siyahısına salınması qərarının AB hüququna uyğunluğu haqda fikrini bildirib
# 04 aprel 2008 14:06 (UTC +04:00)
Bakı APA. Türkiyənin Azərbaycandakı səfirliyi Avropa Birliyi Məhkəməsinin PKK-nın terror təşkilatları siyahısından çıxarılması barədə qərarı ilə bağlı açıqlama yayıb. Səfirlikdən APA-ya daxil olan açıqlamada bildirilir ki, Avropa Birliyi Şurasının PKK/KONGRA-GEL terror təşkilatının terror təşkilatları siyahısına daxil edilməsi barədə 2002 və 2004-cü illərdə qəbul etdiyi qərarlara qarşı AB Məhkəməsinə olunan müraciətlər barədə aprelin 3-də məhkəmə tərəfindən qərar çıxarılıb: “Qərarın mətni təfsilatlı şəkildə təhlil edildikdə anlaşılır ki, məhkəmə bu qərarda PKK/KONGRA-GEL-in terror təşkilatı olub-olmadığı barədə deyil, onun AB Şurası tərəfindən terror təşkilatları siyahısına salınması faktının AB hüququna uyğun olub-olmadığı barədə fikrini bildirir. PKK digər bütün adlarıyla (KADEK, KONGRA-GEL və sair) AB Şurasının 20 dekabr 2007-ci il tarixli qərarına əlavə olunmuş və hazırda da qüvvədə olan terror təşkilatları siyahısında yer alır. Ona görə də PKK/KONGRA-GEL-in AB terror təşkilatları siyahısından çıxarıldığı barədə iddialar həqiqətə uyğun deyil. Yuxarıda qeyd olunan məhkəmə tərəfindən keçmişdə bəzi digər terror təşkilatlarının AB siyahısına salınması faktı ilə əlaqədar buna bənzər qərarlar qəbul edilməsinə baxmayaraq, məlumdur ki, bu təşkilatlar da terror təşkilatı olaraq AB Şurasının siyahısında qalmaqda davam edir. AB Şurasında bunu təsdiqləyən bəyanlar verilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR