Bank Of Baku

Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış Fəaliyyət Planının yerinə yetirməsi vəziyyətinə dair hesabat təqdim olunub

Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış Fəaliyyət Planının yerinə yetirməsi vəziyyətinə dair hesabat təqdim olunub
# 04 aprel 2008 14:02 (UTC +04:00)
APA-nın məlumatına görə, təqdimat mərasimində Rumıniya, Polşa, Bolqarıstan və İtaliyanın Azərbaycandakı səfirləri, Almaniya və Fransa səfirliklərinin nümayəndələri də iştirak ediblər. Hesabatı təqdim edən Avropa Komissiyasının Azərbaycandakı səfiri Alan Vaddams ölkəmizi Avropa İttifaqının mühüm tərəfdaşı adlandırıb və Azərbaycanın ticarət dövriyyəsinin yarısının Aİ ölkələrinin payına düşdüyünü deyib. O, Avropa Komissiyasının Azərbaycanla bağlı ilk hesabatını açıqladığını, lakin belə hesabatların növbəti dörd il ərzində hər il hazırlanacağını deyib. Hesabatda qeyd olunur ki, Azərbaycan sərhəd xidməti, vergi xidməti, azad ticarət dövriyyəsi, şirkətlərin fəaliyyəti üçün qanunvericilik sahəsində əhəmiyyətli nəticələr əldə etməyə müvəffəq olub. Ölkədə demokratikləşmə mühitini dəyərləndirən Alan Vaddams seçki komissiyalarının təşkili sahəsində islahatların aparılmasına ehtiyac olduğunu vurğulayıb: “Yerli özünüidarəetmə sahəsində ciddi irəliləyişlər var, İnsan Hüquqlarına dair Milli Fəaliyyət Planı qəbul olunub, Ombudsman İnstitutu yaradılıb. Amma bu sahədə görüləsi işlər var. Xüsusilə seçkilər ilində Azərbaycanda demokratiyanın inkişafı çox vacibdir”. Alan Vaddams insanların sərbəst toplaşmaq hüququ, söz və media azadlığı sahəsində problemlərin aradan qaldırılmasını da vacib sayıb. Avropa Komissiyasının səfiri həmçinin bildirib ki, Azərbaycan mütləq tolerant cəmiyyətdir və istər gender məsələsi, istərsə də vicdan azadlığı sahəsində əhəmiyyətli irəliləyişlərə nail olub. Azərbaycanın Avropa İttifaqı ilə xarici siyasət, təhlükəsizlik, nüvə silahının yayılmasının qarşısını almaq sərhəd məsələləri, cinayətkarlığa, narkotrafik və insan alverinə qarşı mübarizə sahələrində aktiv əməkdaşlıq etdiyini deyən səfir hazırladıqları hesabatın son dərəcə obyektiv olduğunu söyləyib: “Hesabatda bəlkə də müəyyən tənqidi məqamlar var, amma, bu, əməkdaşlığımızı aktivləşdirmək məqsədilə edilən tənqidlərdir. Biz Azərbaycanı hər zaman dəstəkləməyə hazırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR