Bank Of Baku

Sərdar Cəlaloğlu Milli Demokratiya İnstitutunun Avrasiya üzrə proqram meneceri ilə görüşüb

Sərdar Cəlaloğlu Milli Demokratiya İnstitutunun Avrasiya üzrə proqram meneceri ilə görüşüb
# 04 aprel 2008 14:51 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Avrasiya üzrə proqram meneceri Andrienne Stone ilə görüşüb. ADP-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə ölkədəki seçki qabağı ictimai-siyasi vəziyyət və tərəflər arasında əməkdaşlıq məsələləri müzakirə edilib. MDİ nümayəndəsi ADP ilə əməkdaşlığı bundan sonra da davam etdirmək niyyətində olduqlarını bildirib. S. Cəlaloğlu təmsil etdiyi partiyanın bu il keçiriləcək prezident seçkisi ilə bağlı mövqeyini çatdırıb və seçkidə öz namizədi ilə iştirak edəcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR