Bank Of Baku

Ziyafət Əsgərov “Aqo” Qrupunun nümayəndə heyəti ilə görüşüb

Ziyafət Əsgərov “Aqo” Qrupunun nümayəndə heyəti ilə görüşüb
# 04 aprel 2008 15:45 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Avropa Şurası Nazirlər Komitəsinin “Aqo” Monitorinq Qrupunun nümayəndə heyəti ilə görüşüb. Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Z. Əsgərov Azərbaycanın qurum qarşısında qanunvericilik sahəsində götürdüyü öhdəliklərin icrası barədə ətraflı məlumat verib. Seçki Məcəlləsinə və “Sərbəst toplaşma azadlığı haqqında” qanuna əlavə və dəyişikliklərin hazırlandığını deyən Z. Əsgərov bu barədə Venesiya Komissiyası ilə aparılan məsləhətləşmələrin yekunlaşmaq üzrə olduğunu bildirib: “Hər iki sənəd bu yaxınlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq. Bundan başqa, “Televiziya və radio yayımı haqqında” qanun layihəsi ilə bağlı qurumun ekspertləri ilə məsləhətləşmələr aparılır”. Nümayəndə heyətinin rəhbəri Per Syorgen isə Venesiya Komissiyası ilə aparılan məsləhətləşmələrin, adı çəkilən sənədlərin hazırlanmasının təqdirəlayiq olduğunu, bunun ölkədə azad, demokratik seçkilərin keçirilməsinə hüquqi baza yaradacağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR