Bank Of Baku

İqbal Ağazadə ABŞ Milli Demokratiya İnstitutunun Avrasiya üzrə proqram məsləhətçisi ilə görüşüb

İqbal Ağazadə ABŞ Milli Demokratiya İnstitutunun Avrasiya üzrə proqram məsləhətçisi ilə görüşüb
# 04 aprel 2008 16:19 (UTC +04:00)
Bakı. Ramil Məmmədl - APA. Bu gün Ümid Partiyasının sədri İqbal Ağazadə ABŞ Milli Demokratiya İnstitutunun Avrasiya üzrə proqram məsləhətçisi xanım Adrien Stounla görüşüb. Ümid Partiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə 2008-ci il prezident seçkiləri, seçkiöncəsi Azərbaycandakı siyasi vəziyyət müzakirə edilib. Ümid Partiyasının seçki hazırlığı ilə bağlı qonağa məlumat verən İ. Ağazadə qurumun yerli təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində xüsusi tədbirlər planı hazırlandığını deyib. Partiya sədri seçki proqramı üzərində iş getdiyini də bildirib. Görüşdə Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb və partiyanın MDİ ilə əməkdaşlığı davam etdirəcəyi qeyd olunub.
A. Stoun AMİP-in təşkilat katibi Nazim Ələsgərovla da görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR