Bank Of Baku

Avropa Şurası Nazirlər Komitəsinin “Aqo” qrupu Azərbaycana səfərinin yekununa dair mətbuat konfransı keçirib

Avropa Şurası Nazirlər Komitəsinin “Aqo” qrupu Azərbaycana səfərinin yekununa dair mətbuat konfransı keçirib
# 04 aprel 2008 17:01 (UTC +04:00)
APA-nın məlumatına görə, qrupun rəhbəri Pyer Syörgen bildirib ki, Azərbaycanda olduqları müddətdə dövlət rəsmiləri, siyasi partiya liderləri, QHT nümayəndələri, mətbuat təmsilçiləri ilə görüşüblər. Görüşlərdə ölkədə ictimai-siyasi vəziyyət, söz və mətbuat azadlığının, insan hüquqlarının durumu müzakirə edilib: “Bu il Azərbaycanda prezident seçkisi keçiriləcək. İnanırıq ki, seçkiyədək “Sərbəst toplaşma azadlığı haqqında” qanun qəbul olunacaq”. Həbsdə olan jurnalistlər Eynulla Fətullayev, Qənimət Zahid və Sakit Zahidovla görüşdüklərini deyən Pyer Syörgen bildirib ki, mətbuatın durumu onları narahat edir. Qrup rəhbəri həbs olunmuş 8 jurnalistdən 5-nin ötən ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılmasını müsbət qiymətləndirib. Pyer Syörgen Azərbaycanın öhdəliklərin yerinə yetirməsi istiqamətində ciddi tədbirlərin həyata keçirildiyini, islahatlar apardığını, bununla belə, müəyyən problemlərin olduğunu da söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR