Bank Of Baku

Yeni Azərbaycan Partiyası Heydər Əliyevin 85 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirib

Yeni Azərbaycan Partiyası Heydər Əliyevin 85 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirib
# 05 aprel 2008 08:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Yeni Azərbaycan Partiyası (YAP) Heydər Əliyevin 85 illik yubileyi münasibətilə bu gün Bayıl yamacında kütləvi ağacəkmə aksiyası keçirib. APA-nın məlumatına görə, tədbirə YAP rəhbərliyi, millət vəkilləri və partiyanın Gənclər Təşkilatının üzvləri qatılıblar. YAP sədrinin müavini, icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, yamacda 5 minə qədər şam və nar ağacı əkilib. O bu kimi tədbirlərin davam edəcəyini də deyib.
Paytaxtın müxtəlif ərazilərində ağacların kütləvi şəkildə qırılmasına gəldikdə, Ə. Əhmədov bunun təbii proses olduğunu deyib: “Bu, həyatın qanunudur, ağaclar əkilirsə, nə zamansa kəsiləcək. Amma bununla mən ağacları kəsənlərin düz hərəkət etdiklərini demək istəmirəm. Biz ağacların kəsilməsini qətiyyətlə pisləyirik”. Millət vəkili Siyavuş Novruzov isə bildirib ki, partiya Şıxov qəsəbəsində də yeni yaşıllıq ərazisi salmaq qərarına gəlib və növbəti tədbirlər həmin yerdə keçiriləcək. Həmçinin Milli Parkda quruyan ağacların dəyişdirilməsi də nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR