Bank Of Baku

Azərbaycan Milli Məclisinin sədr müavini millət vəkilləri və jurnalistlərə aclıq aksiyasını dayandırmağı məsləhət görüb

Azərbaycan Milli Məclisinin sədr müavini millət vəkilləri və jurnalistlərə aclıq aksiyasını dayandırmağı məsləhət görüb
# 05 aprel 2008 08:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Millət vəkillərinin jurnalistlərin başladığı aclıq aksiyasına qoşulmasını düzgün hesab etmirəm. Bu addımı o zaman normal qarşılamaq olardı ki, istənilən nəticəni verəydi”. APA-nın məlumatına görə, bu sözləri Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. Fiziki cəhətdən bədənə əziyyət verməklə hər hansı məqsədə nail olmağı vasitə kimi seçməyin düzgün olmadığını deyən B. Muradova hesab edir ki, daha sivil və hüquqi yollardan istifadə edilməlidir: “Düşünürəm ki, digər hüquqi vasitələrdən istifadə etməklə həm gündəmdə qalmaq, həm də nəticə əldə etmək olar. Əgər biz konfliktləri, münaqişələri danışıqlar yolu ilə həll etməyə inanırıqsa və buna səy göstəririksə, ölkədaxili xırda məsələnin həllində niyə bu yoldan istifadə olunmasın? Mən millət vəkillərinə və jurnalistlərə müraciət edərək bu yoldan çəkinməyi məsləhət görürəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR