Bank Of Baku

Dairə seçki komissiyaları seçici siyahılarını MSK-ya təqdim ediblər

Dairə seçki komissiyaları seçici siyahılarını MSK-ya təqdim ediblər
# 05 aprel 2008 10:08 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Dairə seçki komissiyalarının seçici siyahılarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməsi üçün müəyyən olunmuş müddət bu gün başa çatıb. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu ilin əvvəlindən seçici siyahılarının yenidən tərtib olunması prosesi məntəqə seçki komissiyalarında başlayıb və artıq proses son mərhələdədir. 125 DSK-nın hamısı bu vaxta qədər siyahıları MSK-ya təqdim edib. MSK siyahıların dəqiqləşdirilməsini mayın sonuna kimi yekunlaşdıracaq. Yeni siyahılar MSK-nın ötən il aldığı yeni çap avadanlıqları ilə çap olunacaq və yenidən aşağı seçki komissiyalarına göndəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR