Bank Of Baku

Səməd Seyidov: “AŞ PA-nın Monitorinq Komitəsində Azərbaycanla bağlı bir neçə məruzə müzakirə olunacaq”

Səməd Seyidov: “AŞ PA-nın Monitorinq Komitəsində Azərbaycanla bağlı bir neçə məruzə müzakirə olunacaq”
# 07 aprel 2008 08:27 (UTC +04:00)
S. Seyidov bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri vaxtında və layiqincə yerinə yetirir: “Təbii ki, demokratiyanın inkişafı zamanı müəyyən problemlər olur. Bu problemlər Azərbaycanın maraqları çərçivəsində həll edilməlidir. Əminəm ki, bu problemlər həllini tapacaq. İnsan hüquqlarının müdafiəsi aclıq aksiyaları ilə deyil, hüquqi yollarla təmin olunmalıdır. Bütün jurnalistlərin həbsdən çıxmasını istəyirəm, amma hamı qanun qarşısında bərabərdir, məsuliyyətini dərk etməlidir”. S. Seyidov deyib ki, seçki öncəsi və ümumi vəziyyətlə bağlı AŞ və Azərbaycan arasında geniş müzakirələr təşkil ediləcək. Ona qədər AŞ PA-nın Monitorinq Komitəsində Azərbaycanla bağlı bir neçə məruzə müzakirə olunacaq: “Böyük ehtimalla iyun sessiyasınadək həmməruzəçilər Andres Herkel və Yevgeniya Jivkova Azərbaycana gələcəklər. Biz Azərbaycanla bağlı problemlərin Monitorinq Komitəsi çərçivəsində müzakirəsinin tərəfdarıyıq. Bəzi qüvvələr çalışır ki, bu məsələlər ya başqa komitəyə verilsin, ya da Monitorinq Komitəsində yeni həmməruzəçi təyin olunsun. Bu, destruktiv addımdır, Azərbaycanla Avropa Şurası arasında gərginlik yarada bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR