Bank Of Baku

Siyavuş Novruzov: “Bəzi xarici qüvvələrin seçki ərəfəsində Azərbaycanda qarşıdurma yaratmaq üçün planlar hazırladığı barədə fikirlərim təsdiqini tapıb”

Siyavuş Novruzov: “Bəzi xarici qüvvələrin seçki ərəfəsində Azərbaycanda qarşıdurma yaratmaq üçün planlar hazırladığı barədə fikirlərim təsdiqini tapıb”
# 07 aprel 2008 08:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Jurnalistlərin aclıq aksiyası keçirməsi və müxalifətin bu aksiyaya qoşulması şoudur. Məqsəd dünyanın diqqətini Ermənistanda baş verən hadisələrdən yayındırmaq, balans yaratmaqdır”. APA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Siyavuş Novruzov deyib. Aksiyanın müəlliflərinin bəlli olduğunu deyən S. Novruzovun fikrincə, prosesə partiya rəhbərlərinin də qoşulması onların eyni mərkəzdən idarə olunduğunu göstərir. Millət vəkilinin sözlərinə görə, Azərbaycanın əldə etdiyi uğurlar, BMT-də Azərbaycanın xeyrinə ardıcıl iki qətnamənin qəbul olunması müqabilində Ermənistanda baş verən son hadisələr beynəlxalq ictimaiyyətdə biabırçılıq kimi qarşılanır: “Ona görə belə bir aclıq aksiyasına keçirilməsi Azərbaycana hansısa təzyiq məqsədi daşıyır. Eynulla Fətullayev 2 ildir həbs olunub və bu müddətdə aclıq aksiyası keçirilməyib. Nəyə görə birdən-birə belə şou ortaya çıxdı? Ola bilsin ki, hansısa jurnalist həqiqətən də həmrəyliyik məqsədilə aclığa qoşulub. Amma ümumilikdə proses xarici qüvvələr, dövlətlər, səfirliklər tərəfindən idarə olunur və Ermənistanı düşdüyü vəziyyətdən çıxarmağa çalışırlar”. S. Novruzov seçkilər ərəfəsində Azərbaycanda qarşıdurma yaratmaq üçün bəzi xarici qüvvələrin planlar hazırladığı barədə bir müddət əvvəl səsləndirdiyi fikirlərin təsdiq olunduğunu da vurğulayıb: “Gələcəkdə də bununla bağlı müxtəlif addımlar atılacaq. Amma ilk növbədə qanunun aliliyi prinsipi var və heç kim qanunun tələblərindən kənara çıxa bilməz. İstər xaricdən, istər daxildən kimsə qarşıdurma yaratmağa çalışsa, qarşısı dərhal alınacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR