Bank Of Baku

Zaqatalada Ümid Partiyasının prezidentliyə namizədini təbliğ edən vərəqələr yayılıb

Zaqatalada Ümid Partiyasının prezidentliyə namizədini təbliğ edən vərəqələr yayılıb
# 07 aprel 2008 09:31 (UTC +04:00)
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, vərəqələrdə İ. Ağazadənin şəkli, tərcümeyi-halı əks olunub və o, vətəndaşlara prezidentliyə namizəd kimi təqdim edilib.
Ümid Partiyası Zaqatala rayon təşkilatının sədri Valeh Məmmədov isə bu vərəqələrin partiya xətti ilə yayılmadığını və bunun İ. Ağazadəyə qarşı növbəti təxribat olduğunu deyib.
110 saylı Zaqatala Dairə Seçki Komissiyasının sədri Fikrət Mustafayev də APA-nın yerli bürosuna açıqlamasında məsələdən xəbərdar olduqlarını və bu barədə artıq Mərkəzi Seçki Komissiyasına (MSK) məlumat verildiyini bildirib. F. Mustafayev respublikada seçki kampaniyasının başlamasına hələ iki ay qalmış Ümid Partiyasının bu addımını seçki qanunvericiliyinə hörmətsizlik kimi qiymətləndirib: “Biz Ümid Partiyasının Seçki Məcəlləsini kobud surətdə pozması ilə bağlı şikayət məktubunu artıq MSK-ya yollamışıq. Ümidvarıq ki, MSK məsələ ilə əlaqədar lazımi tədbirlər görəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR