Bank Of Baku

Məzahir Pənahov: “Hazırda Azərbaycanda 4 milyon 834 min 584 seçici var”

Məzahir Pənahov: “Hazırda Azərbaycanda 4 milyon 834 min 584 seçici var”
# 07 aprel 2008 10:42 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. MSK sədri Məzahir Pənahov seçici siyahılarının dairə seçki komissiyaları tərəfindən quruma təqdim olunmasının yekunlaşması ilə əlaqədar mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, M. Pənahov bildirib ki, ilkin nəticələrə əsasən hazırda Azərbaycanda 4 milyon 834 min 584 seçici var. O, siyahıların mayın sonuna kimi MSK-da dəqiqləşdiriləcəyini söyləyib və bu rəqəmdə cüzi dəyişikliyin olacağını istisna etməyib. MSK sədri deyib ki, seçicilərin 48 faizi kişi, 52 faizi qadındır, onlardan 55 mini bu il səsvermə hüququ əldə etmiş vətəndaşlardır. Yaş qrupları əsasında təsnifata görə, seçicilərin 2 milyon 20 min 925-i 36-55 yaş arası, 1 milyon 864 min 120 nəfəri 36 yaşa kimi, 894 min 56 nəfəri isə 55 yaşdan yuxarı şəxslərdir. M. Pənahov siyahıların yenidən tərtib olunmasının ağır proses olduğunu bildirib və bu işdə seçki komissiyalarına yardım etmiş bütün dövlət strukturlarına, ayrı-ayrı müəssisələrin, təşkilatların rəhbərlərinə təşəkkür edib. Onun sözlərinə görə, bu il siyahıların yenidən tərtib olunması zamanı reklam roliklərindən və MSK-da yaradılmış “qaynar xətt”dən istifadə edilib və bu da müsbət nəticə verib. M. Pənahov prezident seçkilərinə 65 gün qalmış bir ay müddətində siyahıların yenidən dəqiqləşdiriləcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR