Bank Of Baku

Ziyafət Əsgərov: “Venesiya Komissiyası ilə apardığımız müzakirələrdə razılığa gəlmədiyimiz məsələ demək olar ki, yoxdur”

Ziyafət Əsgərov: “Venesiya Komissiyası ilə apardığımız müzakirələrdə razılığa gəlmədiyimiz məsələ demək olar ki, yoxdur”
# 07 aprel 2008 10:46 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva, Turan Hüseynova - APA. “Seçki Məcəlləsinə dəyişiklik olunmasa da, bu məcəllə ilə Azərbaycanda kamil seçkilər keçirmək mümkündür”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov deyib. O bildirib ki, Avropa Şurasının Venesiya Komissiyası ilə Azərbaycan hökuməti arasında Seçki Məcəlləsinə dəyişikliklə bağlı aparılan müzakirələrdə ortaq məxrəcə gəlinməyən məsələ demək olar ki, yoxdur: “Sadəcə, yanaşmalarda fərqlilik var. Biz istəyirik ki, avropalı ekspertlər Azərbaycan reallığını anlasınlar və Azərbaycan Konstitusiyasının, ölkə qanunvericiliyinin tələblərini nəzərə alsınlar”. Z. Əsgərovun fikrincə, qanunların qəbulu subyektiv məsələdir və hansısa qanun sonsuzadək müzakirə olunsa da, yenə kimsə narazı qala bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR