Bank Of Baku

Əli Həsənov: “Bəzi beynəlxalq təşkilatlar görməli olduqları işlərlə deyil, hansısa dövlətə təzyiq məqsədilə özlərinə lazım olan məsələlərlə məşğul olmağa üstünlük verir”

Əli Həsənov: “Bəzi beynəlxalq təşkilatlar görməli olduqları işlərlə deyil, hansısa dövlətə təzyiq məqsədilə özlərinə lazım olan məsələlərlə məşğul olmağa üstünlük verir”
# 07 aprel 2008 10:56 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. “Bu gün bəzi beynəlxalq təşkilatlar görməli olduqları işlərlə deyil, hansısa dövlətə təzyiq məqsədilə özlərinə lazım olan məsələlərlə məşğul olmağa üstünlük verir”. APA-nın məlumatına görə, bu sözləri Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Şöbə müdiri insan hüquqları və söz azadlığı ilə bağlı məsələlərin də bura aid olduğunu bildirib: “Aparılan müzakirələrdə beynəlxalq təşkilatların təmsilçilərinin Azərbaycanda bu sahələrlə bağlı məsələlərə daha çox yer ayırmasına baxmayaraq, bizim də deməyə sözümüz, nümayiş etdirməyə dəyərlərimiz var”.
Əli Həsənov siyasi məhbus məsələsi ilə bağlı yaranmış vəziyyətə də münasibət bildirib. Məhbuslarla bağlı məsələnin Azərbaycanın Avropa Şurasına üzv qəbul ediləndən gündəmdə olduğunu deyən şöbə müdiri rəsmi Bakının Avropa Şurası qarşısında götürdüyü öhdəliklər sırasında QHT-lərin siyasi məhbus kimi təqdim etdiyi insanların işinə yenidən baxılması, bəzilərinin əfvi, bəzilərinin isə işinin yüngülləşdirilməsi öhdəliyinin olduğunu da xatırladıb: “Azərbaycan bu öhdəliyi sona qədər yerinə yetirib. Biz Azərbaycan hökuməti olaraq siyasi məhbus məsələsini qəbul etmirik. Ona görə ki, Azərbaycan artıq Avropa hüquq məkanına daxil olub, Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasındadır. Azərbaycanda məhkəmənin qərarı kimisə qane etmirsə, sərbəst şəkildə Avropa Məhkəməsinə müraciət edə bilər. Bir halda ki, Azərbaycan vətəndaşı bu hüquqa malikdir, onda siyasi məhbus məsələsi fiksiya olaraq qalır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR