Bank Of Baku

Edvard Lintner: “Avropa Şurası siyasi məhbus məsələsini Azərbaycan hökuməti ilə birlikdə həll etmək niyyətindədir”

Edvard Lintner: “Avropa Şurası siyasi məhbus məsələsini Azərbaycan hökuməti ilə birlikdə həll etmək niyyətindədir”
# 07 aprel 2008 11:31 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Bakıda jurnalistlərə verdiyi açıqlamada Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin keçmiş sədri, almaniyalı Edvard Lintner deyib. O bildirib ki, siyasi məhbus məsələsi dərindən araşdırılmalıdır: “Azərbaycan hökuməti iddia edir ki, bu şəxslər cinayət törətdikləri üçün tutulublar. Avropa Şurasının bəzi dairələrində isə fikir var ki, onlar siyasi fikirlərinə görə həbs olunublar. Avropa Şurası yaz sessiyasınadək buna daha çox diqqət ayırmaq istəyir”. E. Lintner qeyd edib ki, Bakıda keçirilən ikigünlük konfransın yekununda siyasi məhbus məsələsi ilə məşğul olacaq komissiya yaradılacaq. Qonağın sözlərinə görə, Avropa Şurası siyasi məhbus məsələsini Azərbaycan hökuməti ilə birlikdə həll etmək niyyətindədir: “Fevralda həmməruzəçilərin Azərbaycan hökuməti ilə görüşü çox uğurlu keçib və məsələnin həllinə zəmin yaranıb”. AŞ PA üzvü Azərbaycanda QHT-lərin bu məsələ ilə yaxından məşğul olmasına sevindiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR