Bank Of Baku

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Dünya Demokratik Hərəkatının Kiyevdə keçiriləcək 5-ci Assambleyasında iştirak edəcək

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Dünya Demokratik Hərəkatının Kiyevdə keçiriləcək 5-ci Assambleyasında iştirak edəcək
# 07 aprel 2008 12:22 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Dünya Demokratik Hərəkatının (DDH) 5-ci Assambleyasında iştirak etmək üçün Kiyevə gedib. DİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 100-dən artıq ölkənin parlament üzvlərinin, demokratik təşkilatlarının, siyasi partiyalarının, qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin də qatılacağı Assambleyada Ukrayna prezidenti Viktor Yuşşenko da iştirak edəcək. Assambleyada dünyada demokratiyanın vəziyyəti və inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq. Səfər zamanı A. Mollazadənin iştirakçı ölkələrin siyasətçiləri, parlament və beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşləri də nəzərdə tutulub.
Qeyd edək ki, A. Mollazadə DDH-nin indiyədək keçirilən 4-cü Assambleyasında Azərbaycanı təmsil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR