Bank Of Baku

YAP sədrinin müavini ABŞ Milli Demokratiya İnstitutunun Avrasiya proqramının rəhbəri ilə görüşüb

YAP sədrinin müavini ABŞ Milli Demokratiya İnstitutunun Avrasiya proqramının rəhbəri ilə görüşüb
# 07 aprel 2008 13:02 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov bu gün ABŞ-ın beynəlxalq əlaqələr üzrə Milli Demokratiya İnstitutunun (MDİ) Avrasiya proqramının rəhbəri Adrian Stounla görüşüb. YAP-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Ə. Əhmədov MDİ ilə əlaqələrin yüksək səviyyədə olduğunu, birgə əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini bildirib. Görüşdə iştirak edən MDİ-nin ölkə direktoru İen Vudvard da çıxışında YAP-la birgə fəaliyyətin vacib olduğunu və bu istiqamətdə müxtəlif sahələrdə əməkdaşlığa hazır olduqlarını qeyd edib. 2008-ci ilin payızında Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq prosesi, birgə layihələrin perspektivliyinin müzakirə olunduğu görüşdə MDİ-nin növbəti 6 ay və 2 illik tədbirlər planı haqqında da fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR