Bank Of Baku

İsgəndər Həmidov partiya sədrliyindən istefa verərək, siyasətdən getdiyini bəyan edib

İsgəndər Həmidov partiya sədrliyindən istefa verərək, siyasətdən getdiyini bəyan edib
# 07 aprel 2008 13:03 (UTC +04:00)
O bildirib ki, artıq siyasətdən getməklə bağlı qərar qəbul edib. Buna səbəb onun ibadətlə məşğul olmasıdır. İ. Həmidov bu addımı ilə həm də Azərbaycanda çoxdan bəri partiya sədrləri postunda olanlara nümunə göstərmək istədiyini söyləyib: “İbadətlə məşğul olan şəxs yalan danışmamalıdır. Artıq 60 yaşım tamam olur. Kərbəlaya gedib, Allaha daha da yaxın olmaq istəyirəm. Mən daxili işlər naziri olanda da istefa mədəniyyəti nümayiş etdirmişəm. Heç kim əvəzolunmaz deyil, partiya sədri də tapılacaq. Amma qərar verdim ki, mənim üçün siyasətlə məşğul olmaq daha bəsdir”. O, indiyə qədər siyasətlə məşğul olmasının səbəblərini də açıqlayıb: “Mən iki məqsədlə siyasətə gəlmişdim. Birincisi, ölkənin müstəqillik əldə etməsində az da olsa, rol oynamaq idi. Biz millət olaraq bunu qazandıq. İkincisi məqsəd isə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması idi. Bu məqsəd uğrunda istənilən vaxt döyüşməyə hazıram”. İ. Həmidov müxalifətdə təmsil olunan bəzi partiya sədrlərinin ünvanına ağır ittihamlar səsləndirib: “Partiya sədrləri qrantla özlərini satmaq hesabına yerlərində möhkəm oturublar. Dinlə bu məsələlər üst-üstə düşmür. Digər tərəfdən, Azərbaycan siyasətində o qədər yalanlar danışırlar ki... Bunlar yalanın altında yaşamağa öyrəşiblər. O qədər yalan danışırlar ki, sonradan özləri də buna inanırlar. Əxlaqsız insanlar siyasəti əxlaqsız meydanına çevirib, özümü burda, bu düşərgədə görmürəm. Siyasətdən getməklə də bütün bunlara etirazımı bildirirəm. Bu, mənim sonuncu mübarizə metodumdur. Bizdən cavan insanlar var. İmkan verək görək onlar necə işləyir”. O, AMDP-dən liderlik postu ilə bağlı təklifdən də imtina edəcəyini deyib. İ. Həmidov partiyasının bundan sonrakı fəaliyyətindən narahat olmadığını da diqqətə çatıdırıb: “Hazırda partiya sədri vəzifəsini təşkilat sədrinin birinci müavini Oqtay Xəlili icra edir. Partiyada məni əvəz edəcək onlarla insan var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR