Bank Of Baku

İsgəndər Həmidov kitab yazacaq

İsgəndər Həmidov kitab yazacaq
# 07 aprel 2008 14:26 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Milli Demokrat Partiyası (AMDP) sədri vəzifəsindən istefa verən İsgəndər Həmidov kitab yazacaq. Bu barədə APA-ya məlumat verən İ. Həmidov deyib ki, siyasətdən uzaqlaşdıqdan sonra bildikləri haqda yazmaq onun üçün daha asan olacaq. O, yazacağı kitabın cəmiyyətdə maraq oyadacağını söyləyib: “Kitabda Azərbaycanın yeni tarixini əhatə edən ciddi materiallar yer alacaq. İyirmi ildən artıq polis orqanlarında çalışmışam. Milli Azadlıq Hərəkatının ilk illərindən prosesin içində olmuşam. Ömrümün doqquz ilini isə həbsxanada keçirmişəm. Çalışacağam ki, kitabda bütün bu məqamlara yer ayırım. Kitabı yaxın vaxtlarda nəşr etdirəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR