Bank Of Baku

Azərbaycan Milli Məclisinin sədri türkmənistanlı həmkarını Bakıya dəvət edib

Azərbaycan Milli Məclisinin sədri türkmənistanlı həmkarını Bakıya dəvət edib
# 07 aprel 2008 14:40 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin sədri Oqtay Əsədov Türkmənistanın müdafiə naziri Ağagəldi Mamedgəldiyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, spiker Azərbaycanın Türkmənistanla əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. O. Əsədov parlamentlər səviyyəsində əlaqələrin genişlənməsinin informasiya və təcrübə mübadiləsi baxımından çox əhəmiyyətli olduğunu deyib. O, Türkmənistan parlamentinin sədrini Azərbaycana səfərə dəvət edib. A. Mamedgəldiyev isə ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığa maraq göstərdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR