Bank Of Baku

Elmar Məmmədyarov: “Azərbaycan demokratiya və mətbuat azadlığının səviyyəsinə görə region dövlətlərindən xeyli irəlidədir”

Elmar Məmmədyarov: “Azərbaycan demokratiya və mətbuat azadlığının səviyyəsinə görə region dövlətlərindən xeyli irəlidədir”
# 07 aprel 2008 16:07 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycana səfərinin əsas məqsədinin ATƏT tərəfindən hazırlanmış “Mətbuatın özünü-tənzim sorğu kitabı” adlı yeni nəşri təqdim etmək olduğunu bildirən ATƏT rəsmisi qeyd edib ki, bu təqdimatın məqsədi məsuliyyətli və etik jurnalistikanın əhəmiyyətini müzakirə etmək üçün jurnalistləri bir araya gətirmək, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi zərurəti haqda maarifləndirmə işi aparmaqdır. Azərbaycan prezidentinin həbs olunmuş jurnalistlərin əfv olunması ilə bağlı sərəncamını yüksək qiymətləndirən qonaq bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb, mətbuat azadlığının demokratiyanın əsas göstəricilərindən olduğunu qeyd edərək, KİV azadlığı, mətbuatda plüralizm sahəsində təkmilləşmə işlərinin aparılmasının məqsədə müvafiq olduğunu bildirib.
Öz növbəsində, E. Məmmədyarov Azərbaycanda demokratiyanın inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat verərək, ölkəmizin demokratiyanın, mətbuat azadlığının səviyyəsinə görə region dövlətlərindən xeyli irəlidə olduğunu vurğulayıb. Nazir ölkəmizin inkişafının mühüm istiqamətlərindən biri kimi demokratik islahatların davam etdiriləcəyini bildirib, bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlığın əhəmiyyətli olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR