Bank Of Baku

ATƏT-in media azadlığı üzrə nümayəndəsi müxalifətçi deputatlarla görüşüb

ATƏT-in media azadlığı üzrə nümayəndəsi müxalifətçi deputatlarla görüşüb
# 07 aprel 2008 16:55 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti bu gün parlamentdə təmsil olunan müxalifətçi millət vəkilləri ilə görüş keçirib. Görüşdə Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, eləcə də Pənah Hüseyn, Cəmil Həsənli və Aynur Camalqızı iştirak ediblər. F. Qəzənfəroğlu APA-ya açıqlamasında Azərbaycanda mətbuatın vəziyyəti, KİV-in əsas problemləri və bu sahədə olan hüquqi çatışmazlıqlar, parlament səviyyəsində görülməli işlər və digər məsələləri müzakirə etdiklərini deyib. Deputatlar mətbuatı həmişə müdafiə etdiklərini, parlamentdə “Diffamasiya haqqında” qanunun qəbulu ilə bağlı məsələ qaldırıldığını bildiriblər. ATƏT təmsilçisi də “Diffamasiya haqqında” qanunun qəbulunun vacib olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR