Bank Of Baku

ABŞ Qəbələ RLS-dən birgə istifadə məsələsində Rusiya ilə əməkdaşlığı mümkün sayır

ABŞ Qəbələ RLS-dən birgə istifadə məsələsində Rusiya ilə əməkdaşlığı mümkün sayır
# 08 aprel 2008 08:23 (UTC +04:00)
APA-nın Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, bunu NATO-nun Buxarest sammitinin və Soçidə keçirilmiş Putin-Buş görüşünün yekunlarına həsr olunmuş brifinqdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniel Frid deyib. O bildirib ki, 2007-ci ildə “Böyük səkkizlər”in Almaniyada keçirilən toplantısı zamanı Rusiyanın Azərbaycandakı Qəbələ RLS-dən birgə istifadə ilə bağlı irəli sürdüyü təklif ABŞ tərəfindən qəbul edilib, ancaq Vaşinqton bunu Polşa və Çexiyada yerləşdirəcəyi antiraket sisteminin ümumi tərkib hissəsi kimi görmək istəyir. D. Frid Rusiyanın ABŞ-ın bu planlarının əleyhinə çıxmaqda davam etdiyini söyləyib. Onun sözlərinə görə, NATO sammitinin yekun Bəyannaməsində raket təhlükələrinə operativ reaksiya sistemini yaradılmasında ABŞ, Avropa və Rusiyanın bərabərhüquqlu tərəfdaş kimi iştirak etməkdə maraqlı olduqları göstərilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR