Buxarest sammiti: NATO ilə həmsərhəd olmaq Azərbaycan üçün nə deməkdir? - TƏHLİL
Heç şübhəsiz ki, Buxarest sammiti Azərbaycan üçün də ayrıca əhəmiyyət kəsb edir. Yekun Bəyannamənin 43-cü maddəsində öz əksini tapan 4 postsovet ölkəsinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi və bu dövlətlərin ərazisindəki “dondurulmuş münaqişələr”in həmin prinsiplər nəzərə alınmaqla həll olunmasına çağırış bu gün Azərbaycan diplomatiyasının əsas hədəfləri ilə üst-üstə düşür. Bu ölkələrdən üçü Gürcüstan, Azərbaycan və Moldova Qərblə əməkdaşlıq edən GUAM alyansına daxildirlər və ərazilərində Abxaziya, Cənubi Osetiya, Dnestryanı və Dağlıq Qarabağ münaqişələri mövcuddur. Əslində göstərilən bəndin qeyd olunan dövlətlər arasında Ermənistanın adı formal olaraq çəkilir, çünki ərazi bütövlüyü pozulan Azərbaycandır və heç kim Ermənistana qarşı ərazi iddiası irəli sürməyib. Bu sənəd Azərbaycan üçün nə deməkdir? Suala cavab vermək üçün hər kəsə tanış olan BMT Baş Assambleyasının son iclasına qayıtmaq gərəkdir. “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnamənin qəbulundan sonra vacib hüquqi arqument əldə etmiş rəsmi Bakı dünyanın ən böyük hərbi ittifaqının da bu həssas məsələdə dəstəyinə nail oldu. Üstəlik, NATO-nun özəyinə ATƏT-in Minsk Qrupunun həmsədrləri, başqa sözlə, qeyd olunan qətnamənin əleyhinə səs verən 7 ölkədən ikisi daxildir. Heç kimə sirr deyil ki, Kosovo təcrübəsindən sonra Dağlıq Qarabağ münaqişəsinin bölgəyə sülhməramlı beynəlxalq qüvvələrin yerləşdirilməsi yolu ilə həllinə ciddi şübhələr yaranmışdı, çünki NATO ilə Serbiyanın qarşıdurmasının hansı nəticələr doğurduğu yaddaşlarda təzədir. Düzdür, siyasi konyukturun sürətlə dəyişdiyi müasir dünyada istənilən nüfuzlu sənədin adi kağız parçasına çevrilmək şansı xeyli böyükdür, amma yenə də Azərbaycan üçün barrikadanın əks tərəfində qalmamaq ciddi uğur hesab olunmalıdır. İndi BMT və NATO-nun dəstəyini təmin etmiş Azərbaycanın mövqeləri xeyli möhkəmlənib və sonrakı gedişat bilavasitə bu kartlardan necə istifadə olunacağından asılıdır. Bu gün Cənubi Qafqaz heç zaman olmadığı qədər dünyanın diqqət mərkəzinə çevrilmək imkanı qazanıb. Gürcüstanın NATO üzvlüyünə namizədliyə hazırlaşması regiondakı qüvvələr balansını silkələyir: Şimali Atlantika alyansının Azərbaycanın qərb sərhədlərinə dirəndiyi bir zamanda Bakının Rusiya, eləcə də Qərbin özü ilə manevr imkanları da müəyyən baxımdan həm artır, həm də azalır. Çünki Ermənistanla Gürcüstanın xarici siyasət vektorlarının birmənalı məlum olduğu bir halda, həm də enerji ehtiyatları ilə zəngin Orta Asiya və Xəzər hövzəsinin açarı olan Azərbaycanın dəyəri artır. Lakin digər tərəfdən bir çox qeyri-müəyyənliklərə son qoyularaq səngər seçimi mütləqləşəcək. Bu qaçılmaz Qərb-Rusiya qarşıdurmasında vaxtında özünü siyasi və hüquqi əsaslarla təmin etmiş bir Azərbaycanın bacarıqlı geosiyasi marketinq apararaq maraqlarını təmin etməsi də istisna olunmur.
Əslində Buxarest sammitinə bir dövrü qapadıb, yenisini açan sammit demək olar, çünki Gürcüstan prezidenti Mixail Saakaşvilinin sözləri ilə desək, “belə bir vəziyyəti bir zamanlar yalnız arzu etmək olardı”. Azərbaycan isə bu durumu 17 ildir ki, gözləyir. Belə ki, Azərbaycanın apardığı xarici siyasi kursun, xüsusilə neft diplomatiyasının məhz dünyanın diqqətinin Xəzər və Qara dəniz arasındakı zolağa cəlb olunmasından ibarət olan bu məqamı yetişdirmək üçün uzun illər çalışdığı məlumdur. İndi isə baş verənlərə əsasən ehtimal etmək olar ki, deyəsən, Qafqazda “X saatı” yetişməkdədir.
Daxili siyasət
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Xəbər Lenti
Deputat: Alman–Azərbaycan Biznes Şurasının yaradılması iqtisadi tərəfdaşlığı strateji institusional mərhələyə yüksəldir
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
Azərbaycan-Almaniya tərəfdşlıq münasibətləri strateji mərhələyə yüksəlib - RƏY
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxışa başlayıb - FOTO
Bakıda sıxlıq olan yollar açıqlanıb - FOTO
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Musiqi və incəsənət məktəblərində təhsilverənlərin sertifikatlaşdırma qaydası müəyyənləşib
Baş prokuror Kəlbəcərdə olub, vətəndaşları qəbul edib - YENİLƏNİB
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ürək və kök hüceyrələri transplantasiyası həyata keçirən tibb müəssisələrinin sayı artıb
Kamran Musayevin həmmüəllifliyi ilə Türkiyədə kardiocərrahiyyə dərsliyi nəşr olunub
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalanıb- YENİLƏNİB
Almaniya Kansleri: Rusiya prezidenti mövqeyini dəyişmədiyi müddətdə Ukraynaya dəstək verməyə davam edəcəyik
Fridrix Merts: Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə inanıram
Azərbaycan-Almaniya tərəfdaşlıq münasibətləri strateji mərhələyə yüksəlir
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Merts: Cənubi Qafqaz Avropa ilə Asiyanı birləşdirən mühüm bağlantı məkanı kimi getdikcə daha böyük əhəmiyyət qazanır
Azərbaycan-Almaniya Biznes Şurası yeni əməkdaşlıq imkanları üçün platforma rolunu oynayacaq
Merts: Azərbaycanın investisiya proqramı Almaniya şirkətləri üçün yeni imkanlar yarada bilər
Almaniya Kansleri: Enerji təchizatımızı Azərbaycan vasitəsilə daha da şaxələndirmək istəyirik
Prezident: Almaniya şirkətlərinin Azərbaycanda daha geniş fəaliyyəti üçün təkliflər irəli sürülüb
Almaniya–Azərbaycan İqtisadi Şurasının yaradılması barədə razılıq əldə olunub
Prezident İlham Əliyev: Bu ildən Almaniyaya qaz tədarük etməyə başlamışıq
Kansler: Birgə bəyannamə ilə münasibətlərin daha da inkişafı üçün mühüm təməl qoyuruq
Almaniya Kansleri: Sülh, təhlükəsizlik və sabitlik bizə Cənubi Qafqazda da lazımdır
Ezamiyyə vəsiqələrinin elektron tərtibi ilə bağlı yeni funksionallıq yaradılıb
Prezident İlham Əliyev mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub
Kansler: Almaniyanın və Azərbaycanın iqtisadi maraqları böyük müharibələrin təsirinə məruz qalıb
Almaniya Kansleri Azərbaycandan daha çox qaz tədarük etmək üçün yaradılan şəraitə görə Prezidentə təşəkkür edib
Prezident: Bağlantılar və tranzit imkanları ilə bağlı da Almaniya–Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var
Dövlət başçısı: Azərbaycan gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir
Merts: Azərbaycan Almaniyanın cənubunu qazla təmin edə bilər
Prezident: Azərbaycan-Almaniya əlaqələri bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə töhfəsini verəcək
Prezident: Almaniya ilə enerji sahəsində əməkdaşlıq çox geniş sahədə olacaq
Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertsi Azərbaycana səfərə dəvət edib
Azərbaycan Prezidenti: Əminəm ki, bu gün imzalanmış sənədlər əlaqələrimizi yeni səviyyəyə qaldıracaq
Prezident İlham Əliyev: Azərbaycandan göndərilən neft və qaz məhsulları Ermənistanın enerji təhlükəsizliyinə çox mühüm töhfədir
Özgür Özel CHP ilə vidalaşıb, yeni partiya yaradacağını açıqlayıb
Naxçıvanda transformatorda partlayış olub, 1 nəfər xəsarət alıb
Övladımı xərçəngdən sığortalaya bilərəm?
"Azercell"in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanınıb
Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb edilib
Suriyadan Azərbaycana repatriasiya edilən 16 nəfərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib
Bakıda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb
Prezident İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilib - YENİLƏNİB
Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb
Güzəştli şərtlərlə mənzil almaq adı ilə 240 min manatlıq dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub
Azərbaycan Prezidentinin Berlində rəsmi qarşılanma mərasimi keçirilib