Bank Of Baku

Avropa Birliyi Azərbaycanda məskunlaşmış çeçenlərə yardım ayırıb

Avropa Birliyi Azərbaycanda məskunlaşmış çeçenlərə yardım ayırıb
# 08 aprel 2008 10:11 (UTC +04:00)
APA-nın “Kavkazskiy uzel” saytına istinadən verdiyi məlumata görə, Avropa Komissiyasının Moskvadakı nümayəndəliyindən bildiriblər ki, humanitar yardım həm Çeçenistan daxilində yaşayış yerlərini dəyişmiş şəxslərə, həm də qonşu ölkələrdə və regionlarda məskunlaşmış köçkünlərə veriləcək. Çeçenistana ayrılacaq vəsait əhalinin gəlirlərinin artırılması işinə, ərzaq təhlükəsizliyinin təmin olunmasına, şəxsi evlərin təmirinə, həmçinin ilk tibbi yardım xidməti, ana və uşaqların qorunmasına yönələcək. Vəsaitin bir hissəsi Azərbaycanda yaşayan aztəminatlı çeçenlərə yardım üçün sərf ediləcək. Avropa Komissiyasının məlumatlarına əsasən İnquşetiyada 14 minə yaxın, Dağıstanda 4 min, Azərbaycanda 2100, Gürcüstanda isə 1100 Çeçenistan qaçqını məskunlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR