Bank Of Baku

Yaxın iki ay ərzində Azərbaycan Milli Demokrat Partiyasının növbədənkənar qurultayı keçiriləcək

Yaxın iki ay ərzində Azərbaycan Milli Demokrat Partiyasının növbədənkənar qurultayı keçiriləcək
# 08 aprel 2008 12:11 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) növbədənkənar qurultayına hazırlıq aprelin 15-dən sonra başlayacaq. Bu barədə APA-ya AMDP-nin sədr əvəzi Oqtay Xəlilli məlumat verib. O bildirib ki, qurultay yaxın 2 ay ərzində keçiriləcək və partiyanın təşkilati problemləri öz həllini tapacaq. O. Xəlilli Siyasi Şuranın növbəti iclasında Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılacağını söyləyib. O, qurultayda AMDP sədrliyinə namizədliyini verməyəcəyini də açıqlayıb.
Qeyd edək ki, AMDP Siyasi Şurasının aprelin 5-də keçirilən toplantısında partiya sədri İsgəndər Həmidov vəzifəsindən istefa verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR