Bank Of Baku

BAXCP itirilən hər günün Azərbaycanı Dağlıq Qarabağdan bir addım uzaqlaşdırdığını bəyan edib

BAXCP itirilən hər günün Azərbaycanı Dağlıq Qarabağdan bir addım uzaqlaşdırdığını bəyan edib
# 08 aprel 2008 12:29 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin toplantısı keçirilib. APA-nın məlumatına görə, İdarə Heyəti (İH) NATO-ya üzvü ölkələrin dövlət və hökumət başçılarının Buxarestdə keçirilən zirvə görüşünün yekun sənədində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi barədə müddəanın yer almasını müsbət qiymətləndirib. İH-nin bununla bağlı verdiyi bəyanatda isə prosesin süni surətdə uzadılmasının Azərbaycanın maraqlarına xidmət etmədiyi vurğulanıb: “Ölkənin ərazi bütövlüyünün təmin olunması istiqamətində vaxt itkisinə yol verilməsi bizi daha ciddi problemlərlə qarşı-qarşıya qoya bilər. Balanslaşdırılmış hər hansı mövqe Azərbaycanın əleyhinə yönələcək”. BAXCP hesab edib ki, itirilən hər gün Azərbaycanı Dağlıq Qarabağdan bir addım uzaqlaşdırır. Yığıncaqda partiyanın növbəti qurultayına hazırlıqla bağlı məsələ də müzakirə mövzusu olub. BAXCP üzvləri bu istiqamətdə görülən işlərlə bağlı icra strukturlarının məlumatlarını dinləyib, müvafiq qərarlar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR