Bank Of Baku

AMİP sədrliyinə namizədlərin sayı artır

AMİP sədrliyinə namizədlərin sayı artır
# 08 aprel 2008 13:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “AMİP-in növbədənkənar qurultayı ərəfəsində və qurultayda Nizamnaməyə uyğun olmayan hər hansı addım atılacaqsa, bunun qarşısı alınacaq”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi İntizam Komissiyasının sədri Aydın Əliyev deyib. Onun sözlərinə görə, qurultay ərəfəsində və qurultayda heç kim partiya liderinin adından istifadə edə bilməz. Partiyanın sədrliyinə iddialı şəxslərin kimliyinə gəlincə, A. Əliyev yalnız iki rayon təşkilatının sədrinin öz namizədliyini irəli sürdüyünü deyib: “Amma mətbuatda müəyyən şəxslərin adı hallanır və onların da namizəd olacağı gözlənilir. Həmin şəxslər hələlik qəti qərar verməyiblər”. A. Əliyev özünün də namizəd ola biləcəyini istisna etməyib. AMİP-in Nərimanov rayon təşkilatının sədri Ələddin Əsgərov isə qurultayda partiya sədrliyinə namizədliyini irəli sürəcəyini və mübarizəsini sonadək davam etdirəcəyini deyib: “Heç kimin xeyrinə namizədliyimi geri götürməyəcəyəm. 2006-cı ildə keçirilən qurultayda da namizəd olmuşam və partiyanın qurultay nümayəndələrinin böyük əksəriyyəti məni tanıyır”. Ə. Əsgərov ayrı-ayrı rayon təşkilatlarında görüşlər keçirdiyini və təbliğat apardığını da bildirib: “Partiya rəhbərliyinin də namizədliyimə münasibəti müsbətdir. Hələlik açıq şəkildə iki nəfər öz iddiasını ortaya qoyub. Amma düşünürəm ki, qurultay günü başqa namizədlər də olacaq. Kiminsə Etibar Məmmədovun adından istifadə edəcəyini də gözləmirəm. Həmçinin Etibar Məmmədovun kiməsə açıq şəkildə dəstək verəcəyini və yaxud kiməsə mane olacağını düşünmürəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR