Bank Of Baku

16 saylı II Yasamal DSK üçün tikilmiş yeni banının açılışı olub

16 saylı II Yasamal DSK üçün tikilmiş yeni banının açılışı olub
# 09 aprel 2008 11:42 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Bu gün 16 saylı II Yasamal Seçki Dairəsinin Dairə Seçki Komissiyası (DSK) üçün tikilmiş yeni banının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə MSK rəhbərliyi, rayon ictimaiyyəti və seçicilərlə yanaşı, Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədov da iştirak edib. T. Əhmədov qarşıdan prezident seçkilərinin gəldiyini və seçicilərin İlham Əliyevə səs verəcəyinə əmin olduğunu bildirib: “1993-cü ildə Heydər Əliyevin əldə etdiyi nəticə kimi, 2008-ci ildə də İlham Əliyevin 98 faiz səs toplayacağını gözləyirəm. Bununla göstərə bilərik ki, Azərbaycan xalqı qədirbilən xalqdır”. MSK sədri Məzahir Pənahov isə bu günə qədər 100-dən çox DSK üçün bina tikildiyini deyib. O, seçkilərə kimi bütün dairə və məntəqə seçki komissiyalarında şəraitin yaxşılaşdırılacağını söyləyib. Çıxışlardan sonra binanın qırmızı lenti kəsilib və otaqlara baxış keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR