Bank Of Baku

Bakı Şəhər İcra Hakimiyyəti AMİP-ə Mədəniyyət və Turizm Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşmağı tövsiyə edib

Bakı Şəhər İcra Hakimiyyəti AMİP-ə Mədəniyyət və Turizm Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşmağı tövsiyə edib
# 09 aprel 2008 12:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurultay keçirmək üçün yer ayrılması məqsədi ilə etdiyi müraciətə bu gün cavab verib. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, şəhər rəhbərliyi partiyanın müraciətdə göstərdiyi Rəşid Behbudov adına Mahnı Teatrı və Şəhriyar adına Mədəniyyət Mərkəzinin BŞİH-nin balansında olmadığını bildirib. Buna görə də cavab məktubunda şəhər rəhbərliyi partiyanın Mədəniyyət və Turizm Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşmasını tövsiyə edib. Ə. Orucov AMİP-in bu günlərdə bu nazirliklərə müraciət edəcəyini və razılıq əldə olunduqdan sonra yenidən BŞİH-nə üz tutacaqlarını bildirib. Onun sözlərinə görə, qurultay üçün dövlət tərəfindən yer ayrılmayacağı halda partiya öz hesabına özəl yerlərdən birini icarəyə götürəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR