Bank Of Baku

Azərbaycan MSK sədri: “Prezident seçkisində “exit-poll” keçirmək istəyən təşkilatlar bizdən xüsusi icazə almaq məcburiyyətində deyil”

Azərbaycan MSK sədri: “Prezident seçkisində “exit-poll” keçirmək istəyən təşkilatlar bizdən xüsusi icazə almaq məcburiyyətində deyil”
# 09 aprel 2008 12:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Prezident seçkisində “exit-poll” keçirmək istəyən təşkilatlar üçün heç bir problem yaradıla bilməz. Həmin təşkilatlar bunun üçün bizdən xüsusi icazə almaq məcburiyyətində deyil”. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, MSK “exit-poll” keçirəcək təşkilatların bu qurumda qeydiyyatdan keçməsini istəyir. M. Pənahov bunu Azərbaycanda sorğunu hansı təşkilatın keçirməsi barədə məlumatlı olmaq baxımından vacib sayır: “Çünki biz bilməliyik ki, hansı təşkilat bu prosesdə iştirak edir. Bizdən soranda da cavab verə bilməliyik. Amma biz kiminsə qarşısını kəsmək barədə düşünmürük. Qeydiyyata almaq məsələsi prosesdə hər hansı senzura yaratmaq məqsədi daşımır”. M. Pənahov prezident seçkisinə çox vaxtın qaldığını əsas gətirərək hansı təşkilatların “exit-poll” keçirəcəyinin hələ məlum olmadığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR