Bank Of Baku

Müasir Müsavat Partiyası ABŞ-ın Azərbaycandakı səfirliyinin qarşısında piket keçirib

Müasir Müsavat Partiyası ABŞ-ın Azərbaycandakı səfirliyinin qarşısında piket keçirib
# 09 aprel 2008 12:49 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Müasir Müsavat Partiyasının (MMP) bir qrup üzvü ABŞ-ın Azərbaycandakı səfirliyinin qarşısında icazəsiz piket keçirib. APA-nın məlumatına görə, aksiyada ATƏT-in Minsk qrupunun həmsədrlərinin BMT Baş Assambleyasının 62-ci sessiyasında “Azərbaycanın işğal olunan ərazilərində vəziyyətə dair” qətnamənin əleyhinə səs verməsinə etiraz edilib. Piketin qətnaməsində Minsk qrupunun fəaliyyətinin dayandırılması və ya qrupun tərkibinə türkdilli dövlətlərin nümayəndəsinin daxil edilməsi ilə bağlı tələb əksini tapıb. Aksiya zamanı saxlanılan MMP-nın sədr müavini Fərhad Əliyev və partiya üzvü Sevda Qasımova Nəsimi rayon Polis İdarəsinə aparılıblar. Onlardan yazılı izahat alındıqdan sonra sərbəst buraxılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR