Bank Of Baku

Məzahir Pənahov Azərbaycanda bu il keçiriləcək prezident seçkisinin şəraitinə görə əvvəlki seçkilərdən ciddi şəkildə fərqlənəcəyini bildirir

Məzahir Pənahov Azərbaycanda bu il keçiriləcək prezident seçkisinin şəraitinə görə əvvəlki seçkilərdən ciddi şəkildə fərqlənəcəyini bildirir
# 09 aprel 2008 12:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Azərbaycanda bu il keçiriləcək prezident seçkisi şəraitinə görə əvvəlki seçkilərdən ciddi şəkildə fərqlənəcək. Çünki bütün seçki komissiyaları üçün daha yaxşı şərait yaradılıb və bunun müqabilində seçkilərin daha demokratik keçirilməsi təmin ediləcək”. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O, dairə seçki komissiyalarına binaların tikildiyini, aşağı seçki komissiyalarının təchizatının gücləndirildiyini, müvafiq aparatlarla təmin olunduğunu qeyd edib: “Seçici siyahılının dəqiqləşməsində bütün qüvvələr səfərbər edilib və bu il siyahılar əvvəlkilərdən daha dəqiq olacaq. Bu məqsədlə “qaynar xətt”dən, reklam çarxlarından istifadə etmişik. Artıq vətəndaşlar anlayırlar ki, seçici siyahılarına düşmək həm də onların öz işidir”. M. Pənahov sonuncu parlament seçkisində pilot layihələrin həyata keçirildiyini, seçki dairələrinin ərazilərində, əhalinin gur olduğu yerlərdə monitorların quraşdırıldığını və səsvermənin gedişi ilə bağlı nəticələrin titrlərlə əhaliyə çatdırıldığını xatırladıb. O, növbəti prezident seçkisində də bu təcrübədən istifadə olunacağını və bir çox dairəni əhatə edəcəyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR