Bank Of Baku

Bakıda “Türkdilli dövlətlərin inkişafında liderlərin rolu” mövzusunda III beynəlxalq elmi-nəzəri konfrans keçiriləcək

Bakıda “Türkdilli dövlətlərin inkişafında liderlərin rolu” mövzusunda III beynəlxalq elmi-nəzəri konfrans keçiriləcək
# 09 aprel 2008 13:02 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyi, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu, Azəri-Türk Qadınlar Birliyi və Milli QHT Forumunun Diaspora Mərkəzinin təşkilatçılığı ilə aprelin 11-də “Türkdilli dövlətlərin inkişafında liderlərin rolu” mövzusunda III beynəlxalq elmi-nəzəri konfrans keçiriləcək. DAK Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Heydər Əliyev, Mustafa Kamal Atatürk, Nursultan Nazarbayev, Kurmanbek Bakiyev, İslam Kərimov, İlham Əliyev və digər dövlət xadimlərinin həyat və fəaliyyəti haqqında danışılacaq. Konfransda türkdilli dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirliklərinin nümayəndələri də iştirak edəcək.
Qeyd edək ki, “Türkdilli dövlətlərin inkişafında liderlərin rolu” mövzusunda I beynəlxalq elmi-nəzəri konfrans Qırğızıstanın paytaxtı Bişkekdə, II konfrans isə Qazaxıstanın Almatı şəhərində keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR