Bank Of Baku

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti Ermənistanda keçirilən prezident seçkisinə və ondan sonrakı hadisələrə münasibət bildirəcək

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti Ermənistanda keçirilən prezident seçkisinə və ondan sonrakı hadisələrə münasibət bildirəcək
# 09 aprel 2008 13:09 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Ermənistanda keçirilən prezident seçkisi Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti üçün önəmli məqamdır. Biz bu ölkədə baş verən daxili proseslərə qarışmamaqla yanaşı, prezident seçkisinə və ondan sonrakı hadisələrə münasibət bildirəcəyik. Eyni zamanda seçkinin işğal olunmuş Azərbaycan ərazilərində keçirilməsinə də qəti şəkildə etiraz edəcəyik”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin sədr müavini Gültəkin Hacıyeva bildirib. Onun sözlərinə görə, nümayəndə heyəti AŞ-nin Azərbaycanda və Ermənistanda siyasi proseslərin təhlili zamanı yol verdiyi ikili standartlara da etirazını səsləndirəcək. G. Hacıyeva Kosovo ilə bağlı sessiyada keçiriləcək müzakirələrin Azərbaycan üçün önəm daşıdığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR