Bank Of Baku

Açıq Cəmiyyət Partiyasının sədri qərargah sahibinin fikrini dəyişəcəyinə ümid edir

Açıq Cəmiyyət Partiyasının sədri qərargah sahibinin fikrini dəyişəcəyinə ümid edir
# 09 aprel 2008 13:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Açıq Cəmiyyət Partiyası (ACP) İçərişəhərdə yerləşən qərargahından çıxarıldıqdan sonra harada fəaliyyət göstərəcəyini hələlik müəyyənləşdirməyib. Bu barədə APA-ya partiyanın sədri Akif Şahbazov məlumat verib. Onun sözlərinə görə, qərargah sahibi ilə bağladıqları müqavilə üç aydan sonra bitəcək, məhkəmənin qərarına görə də binanı bu müddət bitdikdən sonra tərk edəcəklər. A. Şahbazov bina sahibinin fikrini dəyişməsini gözlədiyini də bildirib: “Biz bina sahibi ilə razılaşmağa çalışacağıq. Amma bu olmayacaqsa, alternativ variantlar axtaracağıq. Hələlik başqa qərargah axtarmırıq”.
Qeyd edək ki, ACP-nin yerləşdiyi bina partiyanın lideri Rəsul Quliyevin yeznəsi İdris Quliyevə məxsusdur. İ. Quliyev partiyanın qərargahdan çıxması ilə bağlı Səbayel Rayon Məhkəməsinə müraciət edib və məhkəmə onun iddiasını təmin edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR