Bank Of Baku

Latviyanın birinci xanımı Azərbaycana gələcək

Latviyanın birinci xanımı Azərbaycana gələcək
# 09 aprel 2008 14:12 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. Latviyanın birinci xanımı Aina Ulmane Azərbaycana gələcək. APA-nın Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, xanım Ulmane Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəvəti əsasında iyunun 10-11-də Bakıda UNESCO və İSESCO-nun dəstəyi ilə keçiriləcək və qadınların mədəniyyətlərarası dialoqun təşkilindəki roluna həsr olunmuş beynəlxalq konfransda iştirak edəcək. Konfransda mədəni identifikasiya məsələləri, insani dəyərlər sisteminin təkmilləşdirilməsi üsulları, dünya reallığına uyğun yeni elmi və siyasi paradiqmalar da araşdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR