Bank Of Baku

Azərbaycan Milli Demokrat Partiyasının sədrliyinə iki nəfər namizədliyini irəli sürəcəyini bəyan edib

Azərbaycan Milli Demokrat Partiyasının sədrliyinə iki nəfər namizədliyini irəli sürəcəyini bəyan edib
# 09 aprel 2008 15:40 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Azərbaycan Milli Demokrat Partiyasının sədri olmaq üçün artıq iki nəfər seçki təbliğatına başlayıb”. Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Oqtay Xəlilli APA-ya deyib ki, partiyanın qurultaya qədər fəaliyyəti müvəqqəti dayandırılan Siyasi Şuranın üzvü Eldar Tağıyev və Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Şaban Nəsirov partiya sədri postuna namizədliklərini irəli sürəcəklərini açıqlayıblar. O. Xəlilli Təşkilat Komitəsinin toplantısının aprelin 12-də keçiriləcəyini də söyləyib. E. Tağıyev isə bildirib ki, sədr vəzifəsinə namizədliyini irəli sürməsi ilə bağlı konkret qərarı yoxdur. Amma partiya üzvlərinin bəziləri onun namizədliyini irəli sürməsini təklif ediblər. Şaban Nəsirovdan məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR