Bank Of Baku

Daha bir erməni əsilli deputat ABŞ Konqresinin üzvü olub

Daha bir erməni əsilli deputat ABŞ Konqresinin üzvü olub
# 10 aprel 2008 08:34 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, Konqresin nüfuzlu simalarından sayılan kaliforniyalı millət vəkili Tom Lantosun yerini tutan demokrat J. Speier bundan əvvəl ştatın senatoru olub. T. Lantos ölümündən əvvəl məhz xanım Speieri siyasi varisi görmək istədiyini bəyan edib.
Qeyd edək ki, J. Speier yarı alman, yarı erməni əsillidir. Senatda təmsil olduğu vaxtda o, qondarma “erməni soyqırımı”na dair Kaliforniya Senatında onlarla qanunvericilik aktlarının təşəbbüskarı olub. 2005-ci ildə J. Speier Kaliforniya ştatında qondarma “erməni soyqırımı”nın qanun şəklində tanınması üçün qanun layihəsi ilə də çıxış edib. Bundan başqa, o, 1915-ci ildə öz mülkünü itirən ermənilərin məhkəmələrə müraciət etməsini mümkün edən qanun layihəsini səsverməyə çıxarıb və Senat sənədin lehinə səs verib. 2006-cı ildə qubernator Arnold Şvartsenegger məlum qanunu imzalayaraq, sənədə hüququ qüvvə verib.
Qeyd edək ki, J. Speier ABŞ Konqresinə seçilən ikinci erməni əsilli millət vəkilidir. Erməni əsilli digər konqresmen isə Kaliforniya ştatından olan Anna Eşhodur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR