Bank Of Baku

Əli Həsənov: “Mikloş Haraştinin Azərbaycan mediasının vəziyyətini qiymətləndirməsində qeyri-peşəkar yanaşma özünü büruzə verir”

Əli Həsənov: “Mikloş Haraştinin Azərbaycan mediasının vəziyyətini qiymətləndirməsində qeyri-peşəkar yanaşma özünü büruzə verir”
# 10 aprel 2008 09:41 (UTC +04:00)
Şöbə müdiri bildirib ki, belə çıxışlar fakta əsaslanmalı, ATƏT təmsilçisinin fikri kiminsə şəxsi mülahizəsi əsasında formalaşmamalıdır: “ATƏT kimi ciddi qurumun nümayəndəsinin Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı açıqlaması faktlara əsaslanmalıdır. Haraştinin çıxışı isə emosional, subyektiv mülahizələrlə doludur. Burada Azərbaycan mediasının vəziyyətinin qiymətləndirilməsində qeyri-peşəkar yanaşma özünü büruzə verir”.
Ə. Həsənov “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlillə bağlı Baş Prokurorluğunun yaydığı materialların televiziyalarda yayımlanması ilə bağlı səslənən iradlara da münasibət bildirib. Şöbə müdiri bunun böhtan kampaniyası adlandırılmasının əsassız olduğunu söyləyib: “Baş Prokurorluq yaydığı materialın həqiqiliyinə və real prosesləri əks etdirməsinə cavabdehdir, məhkəmədə də bunu sübut etməyə hazır olmalıdır. Əminəm ki, Baş Prokurorluq yaydığı məlumatın həqiqiliyini sübut edəcək. Məsələ ətrafında Azərbaycan mediasında kampaniya aparılır. Təəssüf ki, bu məsələdə Azərbaycanın bəzi media nümayəndələri iştirak edir və müxtəlif beynəlxalq media qurumlarını da bu işə cəlb edə biliblər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR