Bank Of Baku

Ziyafət Əsgərov: “Ermənistanın yeni prezidenti diqqəti ölkənin daxilindəki vəziyyətdən yayındırmaq üçün Dağlıq Qarabağın erməniləşdiriləcəyi barədə bəyanatlar verir”

Ziyafət Əsgərov: “Ermənistanın yeni prezidenti diqqəti ölkənin daxilindəki vəziyyətdən yayındırmaq üçün Dağlıq Qarabağın erməniləşdiriləcəyi barədə bəyanatlar verir”
# 10 aprel 2008 11:05 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Ermənistanın yeni prezidenti Serj Sərkisyan diqqəti ölkənin daxilindəki vəziyyətdən yayındırmaq üçün Dağlıq Qarabağın erməniləşdiriləcəyi barədə bəyanatlar verir. Onun belə bəyanatları tamamilə boş və cəfəngdir”. APA-nın məlumatına görə, bunu Azərbaycan parlamentinin I vitse-spikeri Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, S. Sərkisyan erməni xalqının qarşısında cinayətlərini ört-basdır etmək üçün belə bəyanatlarla çıxış edir. O, BMT və NATO səviyyəsində Azərbaycanın ərazi bütövlüyünün bir daha təsdiq olunduğunu xatırladıb: “Dünya ictimaiyyəti Azərbaycanın yanında olduğunu göstərdi. Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır, bölünməzdir, suverenliyi Dağlıq Qarabağ və ona bitişik ərazilərdə yüz faiz təmin olunacaq”. Z. Əsgərovun sözlərinə görə, Ermənistan prezidenti bilir ki, hazırda tutduğu siyasətin perspektivi yoxdur: “O, ölkədə sabitliyə nail olmaq üçün çıxış yolu axtarır. Amma bu siyasəti davam etdirsə, Ermənistanın gələcəkdə bir dövlət kimi var olmasını şübhə altında qoya bilər. Azərbaycan tərəfi problemin sülh yolu ilə həllində maraqlıdır, biz mövqeyimizə sadiqik. Amma sülh danışıqlarında Ermənistanın sadəcə, imitasiya ilə məşğul olduğunu görsək, buna uyğun olaraq konkret addımlar atılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR