Bank Of Baku

Ziyafət Əsgərov: “Seçki komissiyalarının paritet əsaslarla formalaşması üçün beynəlxalq qurumlardan Azərbaycan hökumətinə təzyiq yoxdur, ola da bilməz”

Ziyafət Əsgərov: “Seçki komissiyalarının paritet əsaslarla formalaşması üçün beynəlxalq qurumlardan Azərbaycan hökumətinə təzyiq yoxdur, ola da bilməz”
# 10 aprel 2008 12:01 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda parlamentin müzakirəsinə çıxarılacaq Seçki Məcəlləsinə əlavə və dəyişikliklərdə seçki komissiyalarının paritet əsaslarla formalaşması nəzərdə tutulmayıb: “Seçki komissiyalarını paritet əsaslarla təşkil etmək mümkün deyil. Biz 2000-ci ildə belə təcrübəyə əl atdıq, amma sonradan müxalifət MSK-nı boykot etdi, qurumun fəaliyyətini iflic vəziyyətə saldı. Sonradan məcbur olub komissiyaları 2/3 prinsipi ilə formalaşdırdıq. Bir daha buna yol verə bilmərik. Bizə ölkədə sabit şəraitdə normal, şəffaf və qanuna müvafiq seçkilər keçirilməsi lazımdır”. Komissiyaların paritet əsaslarla formalaşması üçün beynəlxalq qurumların Azərbaycan hökumətinə təzyiqlər etməsi barədə iddialara gəldikdə, Z. Əsgərov bunu təkzib edib: “Bununla bağlı beynəlxalq qurumlardan heç bir təzyiq yoxdur, ola da bilməz. Azərbaycan müstəqil dövlətdir və seçkilərin şəffaf ədalətli keçirilməsinə beynəlxalq təşkilatlar yox, biz məsuliyyət daşıyırıq. Sabah seçki məsuliyyətinə görə də biz cavab verəcəyik, müxalifətə nə var ki?..”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR