Bank Of Baku

ATƏT-in fəaliyyətdə olan yeni sədri fəaliyyətinin prioritetlərini açıqlayıb

ATƏT-in fəaliyyətdə olan yeni sədri fəaliyyətinin prioritetlərini açıqlayıb
# 10 aprel 2008 12:24 (UTC +04:00)
APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stabb təşkilatın Daimi Şurasındakı çıxışında deyib. O, tərəflərin Finlandiyanın sədrliyini konstruktiv öhdəliklərlə qarşılayacağına səmimi qəlbdən inandığını söyləyib. A. Stabb Dağlıq Qarabağ və Cənubi Osetiyada baş verən son hərbi toqquşmalardan narahatlığını bildirib və tərəfləri güc nümayiş etdirməkdən çəkinməyə çağırıb.
Yeni sədr ATƏT-in Kosovodakı fəaliyyətini yüksək qiymətləndirib və təşkilatın bu ərazidəki fəaliyyətini davam etdirməsini dəstəkləyib. O, ATƏT-in Mərkəzi Asiyadakı təşəbbüslərini və Əfqanıstandakı işini genişləndirmək niyyətini də alqışlayıb. İnsan alveri probleminə toxunan sədr deyib ki, ATƏT bu bəla ilə mübarizənin yollarını daha dərindən araşdırmalı və trafikinq qurbanlarına kömək etməlidir. A. Stabb Finlandiyanın təklifi ilə iyunun 1-2-də Helsinkidə ötən il təşkilata sədrlik etmiş İspaniya, gələn il sədrlik edəcək Yunanıstan, 2010-cu ildə sədrlik edəcək Qazaxıstan və 2011-ci ildə sədrlik edəcək Litvanın iştirakı ilə kvintet formasında görüş keçiriləcəyini də açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR