Bank Of Baku

AMİP Milli Təhlükəsizlik və Mədəniyyət və Turizm nazirliklərinə müraciət edib

AMİP Milli Təhlükəsizlik və Mədəniyyət və Turizm nazirliklərinə müraciət edib
# 10 aprel 2008 12:33 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bu gün Milli Təhlükəsizlik və Mədəniyyət və Turizm nazirliklərinə müraciət edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, AMİP-in qurultayının keçirilməsi üçün MTN-dən Şəhriyar adına Mədəniyyət Mərkəzinin, Mədəniyyət və Turizm Nazirliyindən isə Rəşid Behbudov adına Mahnı Teatrının ayrılması xahiş edilib. Razılıq əldə olunacağı halda partiya qurultayını bu iki binadan birində keçirəcək.
Qeyd edək ki, sözügedən yerlərlə bağlı partiya əvvəlcə Bakı şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb. Şəhər rəhbərliyi isə binalar BŞİH-nin balansında olmadığından aidiyyəti üzrə müraciət etməyi tövsiyə edib.
MTN-in ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev APA-ya açıqlamasında Şəhriyar adına Mədəniyyət Mərkəzində təmir getdiyini bildirib və burada hər hansı tədbirin keçirilməsinin mümkün olmadığını qeyd edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov isə müraciətin hələlik onlara daxil olmadığını deyib. O, müraciətin araşdırılıb müvafiq cavabın veriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR