Bank Of Baku

Müsavat Partiyası mitinq hazırlıqlarına başlayıb

Müsavat Partiyası mitinq hazırlıqlarına başlayıb
# 10 aprel 2008 12:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Müsavat Partiyası mitinq hazırlıqlarına başlayıb. Partiyanın Mərkəzi İcra Aparatını rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, kütləvi aksiyaların keçirilməsi ilə bağlı partiya Divanında müzakirə aparılıb, Müsavatın Bakı şəhər və ərazisi işğal olunmuş rayon təşkilatlarının rəhbərləri ilə birgə müşavirə keçirilib. Partiya Divanının növbəti toplantısında mitinqlə bağlı konkret qərarın qəbul olunacağını istisna etməyən A. Hacılı bildirib ki, mitinqin digər partiyalarla birgə keçirilməsi planlaşdırılmır: “Bu, Müsavatın aksiyası olacaq”. Aksiyanın tələbləri isə ölkənin sosial-iqtisadi vəziyyəti, əhalinin yaşayış səviyyəsinin pisləşməsinin qarşısının alınması, Dağlıq Qarabağda yaranmış situasiya və ölkədə demokratiya, insan haqları ilə bağlı olacaq. Aksiyanın vaxtı və yeri ilə bağlı yekun fikrin olmadığını deyən A. Hacılı bildirib ki, yerlə bağlı müxtəlif fikirlər var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR