Bank Of Baku

Arif Hacılı: “Beşlər”in” perspektivini görmürəm”

Arif Hacılı: “Beşlər”in” perspektivini görmürəm”
# 10 aprel 2008 13:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Beşlər”in hər hansı perspektivini görmürəm. Əslində belə bir qurum mövcud deyil və buna görə də bu beş müxalifət təşkilatının birgə müzakirələrini nə blok, nə də başqa qurum adlandırmaq mümkün deyil”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə, beş müxalifət təşkilatının rəhbərinin birgə müzakirələri, sadəcə, bir məşvərət toplantısıdır və gələcəkdə də hər hansı blokun yaradılması gözlənilmir: “Mən ümumiyyətlə, siyasi partiyaların, ayrı-ayrı siyasətçilərin blok yaradılması işinə enerji sərf etməsini lüzumsuz hesab edirəm. Düşünürəm ki, diqqət cəmiyyətə, narazı elektorata yönəldilməli və enerji buna sərf olunmalıdır. Ümumilikdə isə müxalifət liderlərinin birgə fikir mübadiləsi aparmasının ziyanı yoxdur”.
Qeyd edək ki, “beşlər”də Müsavat, Demokrat, Milli İstiqlal, Tərəqqi partiyaları və “Azərbaycan Naminə” İctimai Forum təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR