Bank Of Baku

Azərbaycan BMT çərçivəsində Finlandiyada insan haqlarının durumunu qiymətləndirib

Azərbaycan BMT çərçivəsində Finlandiyada insan haqlarının durumunu qiymətləndirib
# 10 aprel 2008 13:36 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. BMT-nin Cenevrədəki qərargahında Dünya Dövri Qiymətləndirmə Təşkilatı çərçivəsində Finlandiyada insan haqlarının durumu müzakirə edilib. APA-nın Finlandiya XİN-ə istinadən verdiyi məlumata görə, bu məsələ ətrafında Finlandiya ilə BMT-nin üç seçilmiş üzvü Azərbaycan, Boliviya və Koreya arasında diskussiya aparılıb. Finlandiya “troyka” təmsilçilərindən ibarət “məhkəmə”yə ölkədə insan haqlarının vəziyyətinə dair qısa hesabat təqdim edib. Hesabat əlavələr və tövsiyələrlə birlikdə aprelin 11-də qəbul olunacaq. Bu cür hesabatlar BMT-də hər ölkə üzrə 4 ildən bir hazırlanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR