Bank Of Baku

ADP müxalifət partiyaları ilə danışıqlara başlayıb

ADP müxalifət partiyaları ilə danışıqlara başlayıb
# 10 aprel 2008 14:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Bu ilin payızında Azərbaycanda keçiriləcək prezident seçkilərində öz namizədi ilə iştirak etmək qərarı verən Azərbaycan Demokrat Partiyası (ADP) digər müxalifət partiyaları ilə danışıqlara başlayıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu məqsədlə bu gün partiya sədrinin birinci müavini Həsrət Rüstəmov və seçki məsələləri üzrə müavini Taliyət Əliyev Yaşıllar Partiyasının sədri Mais Güləliyevlə görüş keçiriblər. Görüşdə qarşıdan gələn prezident seçkiləri müzakirə edilib və partiyaların birgə atacağı addımların perspektivlərinə diqqət yetirilib. Prezident seçkiləri ilə bağlı mövqeləri üst-üstə düşən partiyaların prezident seçkilərində əməkdaşlıq etməsi barədə razılıq əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR